“Dəniz kuboku” müsabiqəsinin bağlanışı oldu - FOTO

“Dəniz kuboku” müsabiqəsinin bağlanışı oldu - FOTO

Hazırda oxunan: “Dəniz kuboku” müsabiqəsinin bağlanışı oldu - FOTO

35461

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsi başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Sentyabrın 3-də İran İslam Respublikasının Ənzəli şəhərində müsabiqənin bağlanış mərasimi keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Dəniz kuboku” müsabiqəsində artilleriya atışları yerinə yetirilib - VİDEO


Tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı hərbi attaşesi polkovnik Elvin Qasımov, o cümlədən digər ölkələrin hərbi attaşeləri, hakimlər komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Müsabiqənin üç mərhələsi üzrə yekun nəticələrinə əsasən İran komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan və Qazaxıstan komandaları isə üçüncü yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO