"Məktəbəqədər hazırlıq və birinci siniflər üçün dərslər iki gündür problemsiz şəkildə davam edir, sentyabrın 6-dan isə həftədə 5 gün fasiləsiz əyani təhsilə başlanılacaq".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Mahmut Özər açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə ənənəvi təhsil bərpa olunur
Nazir deyib ki, məktəblərdə görüləcək tədbirlərlə bağlı plan Türkiyənin bütün valiliklərinə göndərilib:
"Məktəblərimiz ilk açılan və son bağlanan müəssisələr olmalıdır".
Nazir deyib ki, onlayn təhsil sistemi nə qədər uğurlu olsa da, əyani təhsildən keyfiyyətli olmadığına görə məktəblərdə əyani təhsilin davamı üçün müvafiq tədbirlər görülüb.
Bizim.Media