Azərbaycanlı müğənnini Rusiyada döydülər – Bayram Nurludan ÖZƏL AÇIQLAMA

Azərbaycanlı müğənnini Rusiyada döydülər – Bayram Nurludan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanlı müğənnini Rusiyada döydülər – Bayram Nurludan ÖZƏL AÇIQLAMA

35287

“Dünən azərbaycanlı müğənni Samarada el şənliyi zamanı döyülüb. Ancaq həmin bu ifaçı çıxıb efirdən camaata namus dərsi keçir, qeyrətdən danışır. Kimdə nə yoxdusa ondan danışır. Rusiyaya üz tutan müğənnilərin bir çoxu  orada min hoqqadan çıxır. Ancaq Azərbaycana qayıdanda yalandan mələksima olub, efirlərdə camaata namusdan dərs keçirlər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında İnstagram fenomeni, ekstrasens Bayram Nurlu deyib.

O, Rusiyada toy zamanı azərbaycanlı məşhur müğənninin bir iş adamının xanımı tərəfindən döyülməsi haqqında danışıb: 

“Təsəvvür edin, mənim Rusiyada dostlarım çoxdur. Dünən mənə zəng edib deyirlər ki, Azərbaycandan gələn bir müğənni toyda vəhşicəsinə döyülüb. Ailəli və bir qız anası olan həmin bu müğənni toy məclisində ifa edib. Bəyin əmisi oğlu Rusiyada yaşayan varlı iş adamı olduğu üçün bu xanımın ona gözü düşüb. Sonra bunlar restoranın həyətində sarmaş-dolaş olan zaman, həmin o kişinin arvadı, qaynanası, baldızı gəlib həmin o müğənnini döyüblər.
 

O xanım müğənni elə vəziyyətə düşüb ki, gecə ilə Samaradan Moskvaya qaçıb, oradan da Bakıya qayıdıb. Bax bunlar belə hoqqalardan çıxırlar. Bir–iki günə o müğənninin adını da çəkəcəm, əlimdə döyülmə anlarının görüntüləri var”.


Daha sonra B.Nurlu bu cür hadisələrin tez-tez təkrarlandığını da deyib:

“Belə hallar çox olur. Çünki bizim müğənnilər Rusiyaya gedən kimi əvvəl toyu oxuyur. Daha sonra məclisdən sonra içir düşür kişilərlə o restoran sənin, bu restoran mənim. Azərbaycana da qayıdan da yalandan deyir ki, 4 min manata toy oxudum”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO