Suqovuşan və Talış kəndlərinə çəkilən yolla bağlı mühüm yenilik

Suqovuşan və Talış kəndlərinə çəkilən yolla bağlı mühüm yenilik

Hazırda oxunan: Suqovuşan və Talış kəndlərinə çəkilən yolla bağlı mühüm yenilik

3519

"Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir".

"Həmin yolları ermənilər 27 il ərzində pis vəziyyətə salıblar. Ermənilər işğal altındakı yaşayış məntəqələrini alt-üst etdiyi kimi yolları da yararsız vəziyyətə salıblar".

Bizim.Media xəbər verir ki,  bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, ikinci texniki dərəcəyə uyğun yeni yol salınır:

“Yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək. Bu avtomobil yolu 1 gediş, 1 gəliş olmaqla iki geniş hərəkət zolağından ibarət olacaq”.

A.Nəcəfli qeyd edib ki, Tərtərdən Suqovuşana qədər torpaq işləri, demək olar ki, yekunlaşıb:

“Yeni yol yatağı və yol əsası inşa edilib".

Buna paralel olaraq hazırda Suqovuşandan Talış istiqamətində də olan yolun tikinti işləri həyata keçirilir. Bu istiqamətdə torpaq işləri görülür, yolun yatağı hazırlanır. Daha sonra yollara asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

"İşlər çox sürətli aparılır. İşlər iki hissədə, Tərtərdən Suqovuşana, Suqovuşandan Talış istiqamətində aparılır, iki böyük briqadamız çalışır".

"Əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib ki, qısa müddətdə işləri yekunlaşdıra bilək".

"Bu əraziyə təkcə Tərtər şəhərindən deyil, alternativ olaraq Naftalan şəhərindən də daxil olmaq məqsədilə gələcəkdə Talış kəndindən Goranboyun Tap Qaraqoyunlu kəndinə yeni yolun inşa edilməsi planlaşdırılır".

"Bununla da Naftalan şəhərindən Tap Qaraqoyunlu kəndindən keçməklə Talış, Suqovuşan istiqamətində də hərəkət etmək mümkün olacaq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.

Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO