DOST mərkəzinə müraciət edən 500 mininci VƏTƏNDAŞ - FOTO

DOST mərkəzinə müraciət edən 500 mininci VƏTƏNDAŞ - FOTO

Hazırda oxunan: DOST mərkəzinə müraciət edən 500 mininci VƏTƏNDAŞ - FOTO

35132

Sentyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində 500 mininci vətəndaş müraciəti qeydə alınıb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən Bizim.Media-ya verilən məlumata görə, Bakının Binəqədi rayon sakini, Vətən müharibəsi iştirakçısı Elmir Bayramlı 4 saylı Bakı DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən DOST mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır


E.Bayramlı DOST mərkəzində göstərilən xidmətlərdən razı qaldığını və dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin mayından etibarən 5 DOST mərkəzi açılıb və paytaxtın 10 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Nərimanov), eləcə də Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 2021-ci il üzrə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,1 faizdir.

Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO