İşğaldan azad olunan ərazilərimizə yeni həyat gəlir.
Bizim.Media xəbər verir ki, Şuşada fəaliyyətə başlayan müəssisələrdən biri də çörək sexidir. Burada bişirilən Qala çörəyinin şöhrəti isə bütün qarabağlılara məlumdur.
MÖVZU İLƏ BAĞLI:
Şuşada fəaliyyət göstərən çörək sexi qeydiyyata alındı
Sexin rəhbəri, şuşalı Qəzənfər Dadaşov deyir ki, ermənilər Şuşanı işğal etməzdən öncə də burada sexi olub. Sexin gündəlik istehsal gücü beş tona yaxındır.
Müəssisənin rəhbəri deyir ki, bu göstərici 10-15 tona çatdırıla bilər. Burada çörəklər tələbata uyğun hazırlanır, bir çörək də olsun artıq qalmır. Çörək sexində hərbçilərimiz üçün xüsusi çörək bişirilir.
Bizim.Media