DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT

34926

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən Bizim.Media-ya daxil olan müraciətdə deyilir:

"Yollarda, dəmiryol keçidlərində, küçə və meydanlarda nəqliyyat vasitələrinin hərəkəti zamanı heyvanların vurulması yol-nəqliyyat hadisəsi hesab olunur və məsuliyyət yaradır.

Təsadüfi deyildir ki, “Yol hərəkəti haqqında” qanunun bir neçə müddəası məhz bu sahədə hüquq və vəzifələrin müəyyən edilməsinə həsr olunub. Məsələn, Qanunun 39-cu maddəsi mal-qara ötürənlərin vəzifələrini, 47-ci maddəsi isə bu sahədə mövcud olan tələbləri özündə ehtiva edir.
 

Göründüyü kimi, sadalanan hallarda əsasən ev heyvanlarına münasibətdə yaranan hüquq və vəzifələrdən bəhs edilir, bu da təbiidir, çünki onların sahibləri, başqa sözlə desək, cavabdeh şəxslər və ya subyektlər var.


Təkcə cari ilin aprel-avqust ayları ərzində respublikanın Quba, Göygöl, Şabran, Kürdəmir, Masallı və Qəbələ rayonları ərazisində sürücülər tərəfindən sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində bir neçə şəxs xəsarət alıb, Balakəndə isə yolun hərəkət hissəsinə çıxmış atı vuran sürücünün idarəetməni itirərək çaya düşməsi onun həyatı bahasına başa gəlmişdi. 

Avqust ayının 25-də Quba rayonunda 5 nəfər gəncin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi də ehtimal olundu ki, sahibsiz itin qəfil yola çıxması səbəbindən baş vermişdi.

Müşahidə və təhlillər deməyə əsas verir ki, sürücülük təcrübəsinə, idarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına güvənən istənilən intizamlı sürücü belə, sahibsiz ev və ya vəhşi heyvanın qəfil yola çıxdığı anda təlaş hissi keçirir, hadisələrin sürətli axınında vəziyyəti dərk edənədək vaxt itkisinə məruz qalır və qəzadan yayınmaq çətin olur.
 

Hava şəraitini nəzərə almayan, yolda nəzərdə tutulmuş sürət həddini aşan və idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyəti qənaətbəxş olmayan, eləcə də təcrübəsiz sürücülərdə belə məqamlar adətən faciə ilə müşahidə olunur.


Ələlxüsus gecə vaxtı, işıqlandırılmayan ərazilərdə, habelə məhdudiyyətli görünmə və əlverişsiz hava şəraitində isə qəzadan qaçmaq, demək olar ki, mümkün olmur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO