Hacıqabulda qəza oldu - İki ölü, beş yaralı - FOTO

Hacıqabulda qəza oldu - İki ölü, beş yaralı - FOTO

Hazırda oxunan: Hacıqabulda qəza oldu - İki ölü, beş yaralı - FOTO

34889

Hacıqabul-Horadiz yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, iki “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə, iki nəfər ölüb, beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada qəza oldu - ÖLƏN VAR - VİDEO


Ölənlərdən biri Saatlı sakini, 62 yaşlı Ağayev Güləhməd Xanaəhməd oğludur. O, xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.

Qəzada digər xəsarət alan, İmişli rayonu, Boççalılar kənd sakinləri, 25 yaşlı Quliyeva Esmira Nadir qızı, 5 yaşlı Bayramov Hüseyn Mövsüm oğlu, 41 yaşlı Bayramov Mövsüm Camal oğlu (əməliyyata götürülüb), İmişli rayonunun Yalavac kənd sakini, 53 yaşlı Əliyev Hacıbala Polad oğlu və Saatı rayonunun Potubəyli kənd sakini, 61 yaşlı Mikayılov Rzalı İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO