İdrak Mirzəlizadə Rusiyada arzuolunmaz şəxs elan edildi - SƏBƏB VİDEO

İdrak Mirzəlizadə Rusiyada arzuolunmaz şəxs elan edildi - SƏBƏB VİDEO

Hazırda oxunan: İdrak Mirzəlizadə Rusiyada arzuolunmaz şəxs elan edildi - SƏBƏB VİDEO

34879

Daxili İşlər Nazirliyi Belarus vətəndaşı, yumorist İdrak Mirzəlizadənin Rusiyaya gəlməsini ömürlük arzuolunmaz qərarı verib.

Bizim.Media xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

"İdrak Mirzəlizadə ictimai çıxışlarında rus millətindən olan şəxslərə qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib.
 

MÖVZU İLƏ BAĞLI:

Məşhur azərbaycanlı yumorist ruslarla bağlı zarafatına görə həbs edildi 


Bu baxımdan onun Rusiya Federasiyası ərazisində olması ictimai asayişi, hüquqları pozur və başqalarının qanuni hüquq və maraqlarına ziddir" , - deyə məlumatda deyilir. 

Nazirlik əlavə edib ki, yaxın vaxtlarda qərar barədə Mirzəlizadəyə məlumat veriləcək. Son illərdə komediya ustası bir neçə dəfə Rusiyaya gəlib və bu ilin martında yaşamaq icazəsi alıb.

Avqustun əvvəlində Moskvanın Taqanski Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinə əsasən "Nifrət və ya düşmənçiliyə təhrik, habelə insan ləyaqətinin alçaldılması" maddəsi ilə on günlük inzibati həbs cəzasına məhkum edib.
 

Cinayət işinin qaldırılmasına səbəb İnternetdə yayılan bir komik videoda aktyorun "Ruslar və nəcis" haqqında zarafat etməsidir.


Mirzəlizadənin sözlərinə görə, fraqment "kontekstdən çıxarılıb", monoloqun özündə isə o əksinə, ksenofobiyanı lağa qoyub.

Komediya ustası məhkəmədə zarafatından inciyə biləcək insanlardan üzr istəyib, lakin millətlərlərarası nifrəti qızışdırdığını boynuna almayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO