İtkin düşmüş vətəndaşlarımızla bağlı XİN sözçüsündən AÇIQLAMA

İtkin düşmüş vətəndaşlarımızla bağlı XİN sözçüsündən AÇIQLAMA

Hazırda oxunan: İtkin düşmüş vətəndaşlarımızla bağlı XİN sözçüsündən AÇIQLAMA

34863

“Burada əsas Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıdır. Bu istiqamətdə onlar tərəfindən görülən tədbirlər davam etdirilir. Xarici İşlər Nazirliyi olaraq biz məsələnin xarici təşkilatlarda davamlı şəkildə qaldırılması və müvafiq beynəlxalq hüquqi mexanizmdən istifadə olunması istiqamətində tədbirlər görəcəyik”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan 30 ildir ki, Ermənistanın təcavüzü ilə üzləşib" - Leyla Abdullayeva


O, həmçinin qeyd edib ki, Azərbaycanın əsir və itkin düşmüş, girov vətəndaşlarının taleyi hər zaman diqqət mərkəzindədir və bununla bağlı lazimi tədbirlər hər zaman görülür.

“Bu məsələni həm Ombudsman, həm dövlət komitəsi və digər aidiyyatı olan bütün qurumlar daim gündəmdə saxlayırlar, çünki bu bizim üçün çox önəmlidir. Bizim üçün itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı ən xırda məlumatları belə əldə etmək çox vacibdir. Biz dayanmayacağıq, bundan sonra da bu istiqamətdə bütün lazimi tədbirlər görüləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, birinci Qarabağ müharibəsində 3 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.


Dövlət Komissiyasından verilən məlumata görə, onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO