“Azəriqaz”ın adından istifadə edən dələduzlarla bağlı AÇIQLAMA

“Azəriqaz”ın adından istifadə edən dələduzlarla bağlı AÇIQLAMA

Hazırda oxunan: “Azəriqaz”ın adından istifadə edən dələduzlarla bağlı AÇIQLAMA

34330

“Azəriqaz” İstehsalat Birliyi (İB) dövri yoxlama müddəti çatmış əvvəlcədən ödənişli və sonradan ödənişli sayğacların əvəzlənməsi prosesini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin “Facebook”da bildirib.

Onun sözlərinə görə, prosesdə qarşılıqlı iştirakı təmin etmək üçün hər bir abonentə SMS müraciət göndərilir.

“Yəni istehlakçı əvvəlcədən xəbərdar olur ki, onun sayğacının əvəzlənməsi vaxtı çatıb. Amma son günlər SMS müraciətlərimizdən istifadə edərək abonentlərdən pul qoparan dələduzlar peyda olub. Məsələn, aldığımız son məlumata görə Nəsimi rayonu, Moskva prospektində yaşayan bir sakinə əllərində köhnə qaz sayğacları olan (bu görüntü ilə həqiqətən “Azəriqaz” İB-də işlədikləri görüntüsünü yaradırlar) üç nəfər dələduz yaxınlaşaraq, “Sizin sayğacınızda problem var.
 

Cərimə yazmağımızı istəmirsinizsə, “hörmət” edin” - deyərək pul tələb ediblər.


Abonentlərdən xahiş edirik ki, bu cür hallar baş verdikdə ünvana gələn şəxslərin vəsiqələrini tələb etməklə yanaşı, dərhal 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən bizə yazmaqla məlumat versinlər”, deyə - R. Əliyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO