FHN yoxlama apardı – Bu obyektin fəaliyyəti dayandırıldı - VİDEO

FHN yoxlama apardı – Bu obyektin fəaliyyəti dayandırıldı - VİDEO

Hazırda oxunan: FHN yoxlama apardı – Bu obyektin fəaliyyəti dayandırıldı - VİDEO

34157

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 26K ünvanında yerləşən yaşayış binasının avtodayanacaq sahəsində fəaliyyət göstərən avtomobillərə texniki xidmət obyektində plandankənar yoxlama aparılıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edilib.

Aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş avtomobillərin təmiri obyektində işlərin görülməsinin dayandırılması barədə Qərar qəbul edilib.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO