Putin: “Qarabağda Rusiya humanitar mərkəzi yaradılır”

Putin: “Qarabağda Rusiya humanitar mərkəzi yaradılır”

Hazırda oxunan: Putin: “Qarabağda Rusiya humanitar mərkəzi yaradılır”

3410

Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı münaqişənin gələcək həlli prosesində iştirak edəcəyinə ümid edir.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O deyib ki, Qarabağda vəziyyətin stabilləşməsinə kömək edəcək Rusiya humanitar mərkəzi fəaliyyət göstərəcək:

“Münaqişənin təsirinə məruz qalan ərazilərin sakinlərinə yardım göstərəcək, infrastrukturu bərpa edəcək və normal, dinc həyat üçün şərait yaradacaq Rusiya humanitar mərkəzi fəaliyyətə başlayır. Bu səylərin göstərilməsində ixtisaslaşmış beynəlxalq təşkilatların iştirakına ümid edirik”

Rusiya prezidenti əlavə edib ki, bütün bunlar köhnəlmiş münaqişənin ədalətli əsasda davamlı və hərtərəfli nizamlanmasına zəmin yaradır və bu, Azərbaycan və erməni xalqlarının marağındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO