Əli Əliyev Razi Nurullayevə CAVAB VERDİ – “Ayağının altına taburetka qoysun...”

Əli Əliyev Razi Nurullayevə CAVAB VERDİ – “Ayağının altına taburetka qoysun...”

Hazırda oxunan: Əli Əliyev Razi Nurullayevə CAVAB VERDİ – “Ayağının altına taburetka qoysun...”

34056

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Vətəndaş İnkişaf Partiyasnın sədri Əli Əliyevin son çıxışına etiraz edib. Millət vəkili partiya sədrini müxalifətin üz qarası adlandırarq onun mütləq psixoterapevtə müraciət etməli olduğunu deyib. Həmçinin Əli Əliyevi siyasətin evləndirmə-boşandırma proqramının aparıcısı kimi təqdim edib.

“Bir gün səsin ruhi xəstəxanadan gələcək. Bu adama demək lazımdır ki, sənin bu cəmiyyətə bu günə qədər nə töhfən olub? Deputat olmaq üçün girib-çıxmadığın otaq qalmayıb. Guya sən parlamentə düşsəydin, mandatından imtina edəcəkdin? Yoxsa parlamentə düşüb dağı-dağ üstə qoyacaqdın? Axı özünü, emosiyasını, psixi durumunu idarə edə bilməyən adam parlamentə necə seçilə bilər? - deyə Razi Nurullayev əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkilindən partiya sədrinə: "Bu adam mütləq psixoterapevtə müraciət etməlidir"


Bizim.Media-ya açıqlamasında partiya sədri Əli Əliyevin deputata cavabı belə olub:

“Xeyir ola, tutması tutub? Nə məsələdir? Nə olub müsahibəmə, nə demişəm ki? O, mənim mövqeyimə layiq deyil və partiyada ona cavab verəcəklər. O, mənim cavabıma layiq olmaq üçün hələ böyüməlidir. Ayağının altına taburetka qoysun...Mütləq cavabını alacaq”, deyə Əli Əliyev əlavə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO