Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında

Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında

Hazırda oxunan: Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında

33926

Moskva vilayətinin Kubinka qəsəbəsində “Armiya-2021” Beynəlxalq Hərbi-Texniki Forumu və “ARMİ-2021” 7-ci Beynəlxalq Ordu Oyunlarının təntənəli açılışı olub.

Açılış mərasimində Azərbaycanı müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov təmsil edib. 

Bizim.Media xəbər verir ki, tədbirin açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Artilleriyaçıların beynəlxalq müsabiqəyə hazırlıqları DAVAM EDİR – FOTO 


“ARMİ-2021” oyunlarında 34 növdə yarışlar keçiriləcək. Azərbaycan hərbçiləri “Tank biatlonu” yarışlarına qatılacaq və Belarus, Qazaxıstan, Serbiya ilə eyni qrupda mübarizə aparacaqlar. 

Hərbçilərimiz Alabino poliqonundakı “Dostluq Evi”ndə keçirilən “Mədəniyyət Ordusu” müsabiqəsində də iştirak edir.

“Dostluq Evi”ndə Azərbaycanın hərb, dövlətçilik tarixi və mədəniyyətini əks etdirən stend açılıb. 

“ARMİ-2121” oyunları sentyabrın 4-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO