SOCAR-ın nə qədər qaz ehtiyatı var? - RƏSMİ

SOCAR-ın nə qədər qaz ehtiyatı var? - RƏSMİ

Hazırda oxunan: SOCAR-ın nə qədər qaz ehtiyatı var? - RƏSMİ

33888

2021-ci il yanvar ayının 1-nə SOCAR-ın Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi açıqlanıb.

Bizim.Media xəbər verir ki, informasiya Dövlət Neft Şirkətinin (SOCAR) “Davamlı İnkişaf Hesabatı-2020”dən əldə etdiyi rəqəmlərə əsasən yayılıb.

Mənbə bildirir ki, şirkətin təsdiq edilmiş ümumi qaz ehtiyatlarının həcmi 101 449 000 000 kubmetr olub.

Bu, 2020-ci ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə (illik müqayisə) 1,97 faiz çoxdur.

SOCAR-ın müvafiq dövrdə təsdiq edilmiş, işlənmiş və istehsala daxil edilən qaz ehtiyatlarının həcmi 46 892 000 000 kubmetr (illik müqayisədə 8,5 faiz az), təsdiq edilmiş, işlənmiş və istehsala daxil edilməyən qaz ehtiyatlarının həcmi 3 509 000 000 kubmetr (illik müqayisədə 13,4 faiz az), təsdiq edilmiş və işlənmiş qaz ehtiyatlarının həcmi 50 401 000 000 kubmetr (illik müqayisədə 8,9 faiz az), təsdiq edilmiş və işlənməmiş qaz ehtiyatlarının həcmi 51 049 000 000 kubmetr (illik müqayisədə 15,6 faiz çox) olub.

Qeyd edək ki, 2020-ci il yanvar ayının 1-ə Dövlət Neft Şirkətinin təsdiq edilmiş ümumi qaz ehtiyatlarının həcmi 99 486 000 000 ton olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO