“Taliban ABŞ-ın proyektidir, ona Ağ Evdən kontrol olunur” - POLİTOLOQ

“Taliban ABŞ-ın proyektidir, ona Ağ Evdən kontrol olunur” - POLİTOLOQ

Hazırda oxunan: “Taliban ABŞ-ın proyektidir, ona Ağ Evdən kontrol olunur” - POLİTOLOQ

33872

“Talibanın Əfqanıstan hakimiyyətinə gəlişi böyük bir faciədir, bunun misli-bərabəri dünya praktikasında, təcrübəsində yoxdur. Taliban hakimiyyətə birmənalı olaraq xaricdən doğan müdaxilələrdir. Bu müdaxilələr nəticəsində hər zaman silah ağıla, dərrakəyə qalib gəlib. Ona görə bu silahı yerə qoyub daxili Əfqanıstan qurmaq cəhdləri heç vaxt nəticə vermir. Onlar elə bu missiyaya yaxınlaşıb millətin rifahı üçün nəsə etmək istəyəndə xarici güc amili özünün dağıdıcı rolunu oynayır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Siyasi şərhçi həmçinin qeyd edib ki, Talibanın hakimiyyətə güc sayəsində gəlməsi heç də təsadüfi deyil.

“Taliban xarici qüvvələr tərəfindən xüsusi planlı şəkildə idarə edilən bir qüvvədir. Hətta Talibanın 2001-ci ildə devrilməsi prosesinin də müəllifi ABŞ idi. İndiki Talibanla o dövrdəki qruplaşmanın arasında elə də böyük fərq yoxdur. Yenə də ABŞ öz rolunu oynayır, Talibana Ağ Evdən kontrol olunur, yəni bu proyekt Vaşinqtonundur. Bu cür hadisələr fonunda bəzi siyasi qüvvələr öz ideologiyalarının bərkidirlər”.
 

MÖVZU İLƏ BAĞLI:

“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?


Politoloq Əfqanıstanda hələ uzun müddət dinc mühütün olmayacağını, proseslərdən sonra iki qüvvə arasında qarşıdurmaların davam eəcəyini deyib:

“Bu məsələlər çox uzun çəkəcək. Şimal Alyans da ciddi şəkildə çalışacaq ki, özünü yenidən formalaşdırıb işlək qüvvə kimi Talibana qarşı mübarizəsini davam etdirsin. Artıq Əhməd Məsudun çağırışları bəzi yerlərdə eşidilməkdədir. Düşünürəm ki, Əfqanıstanda hələ uzun müddət sülh olmayacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO