ABŞ-da daşqınlar: Ölənlərin sayı 22 nəfərə çatdı – FOTO-VİDEO

ABŞ-da daşqınlar: Ölənlərin sayı 22 nəfərə çatdı – FOTO-VİDEO

Hazırda oxunan: ABŞ-da daşqınlar: Ölənlərin sayı 22 nəfərə çatdı – FOTO-VİDEO

33812

ABŞ-ın Tennessi ştatında baş verən daşqınlar nəticəsində 22 nəfər ölüb, onlarla insan hələ də itkin düşmüş hesab olunur.

Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, güclü yağışlar nəticəsində başlayan daşqınlar yolları, mobil qüllələri və telefon xətlərini məhv edib.

İtkin düşənlərin çoxunun suların daha sürətlə yüksəldiyi bölgələrdə yaşadığı bildirilir.

Xilasetmə qrupları itkin düşmüş şəxslərin axtarışlarını davam etdirir. Eyni zamanda, şiddətli fırtınalar nəticəsində meydana gələn atmosfer burulğanı, əyalətin şəhər yerlərində bir çox binaya ziyan vurub, on minlərlə sakini elektriksiz qoyub.

Tennessi Fövqəladə Hallar İdarəsi, əyalətin sakinlərini su basmış ərazilərdə avtomobillərdən istifadə etməməyə çağıraraq 3-cü dərəcəli fövqəladə vəziyyət rejimi elan edib.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO