Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Krım platforması" sammitində iştirak etmək üçün Ukraynaya gedib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğlu rusiyalı həmkarı ilə Əfqanıstanı MÜZKİRƏ ETDİ
"Xarici işlər naziri Mövlud Çavuşoğlu 2021 -ci ilin 23 avqustunda Kiyevdə keçiriləcək "Krım Platforması" sammitində iştirak etmək üçün Ukraynaya səfər edib",-deyə nazirlikdən verilən açıqlamada bildirilir.
Qeyd edək ki,sammitdə 44 ölkə və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı planlaşdırılır.
Bizim.Media