Qaydalara riayət etməyən koronavirus xəstələri HƏBS EDİLƏCƏK – YENİ QANUN 

Qaydalara riayət etməyən koronavirus xəstələri HƏBS EDİLƏCƏK – YENİ QANUN 

Hazırda oxunan: Qaydalara riayət etməyən koronavirus xəstələri HƏBS EDİLƏCƏK – YENİ QANUN 

33737

ABŞ-ın Missisipi ştatında qaydalara riayət etməyib küçəyə çıxan koronavirus xəstələri 5 il həbs cəzası ilə üzləşəcəklər. 

Bizim.Media “Fox News”a istinadən xəbər verir ki, müvafiq xəbərdarlıq əyalətin səhiyyə idarəsi tərəfindən verilib.  

Məlumatda bildirilir ki, yoluxmuş bütün vətəndaşlara ən azı 10 gün yaşadıqları yerdə təcrid olunmaları əmr edilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Ötən gün 20 koronavirus xəstəsinə cinayət işi açılıb


Yeni qaydalara görə, küçədə tutulan koronavirus xəstəsi, beş il həbs oluna və ya beş min dollar cərimələnə bilər. 

Qeyd edək ki, Missisipi əyalətində koronavirusla bağlı çox ciddi vəziyyət var. Ötən cümə günü burada 4316 yoluxma hadisəsi qeydə alınıb. 

Bundan əlavə, yerli əhali peyvənd olunmaqdan imtina edir, buna görə də COVID -lə bağlı vəziyyət getdikcə pisləşir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO