Lionel Messinin PSJ-də debüt edəcəyi vaxt açıqlandı

Lionel Messinin PSJ-də debüt edəcəyi vaxt açıqlandı

Hazırda oxunan: Lionel Messinin PSJ-də debüt edəcəyi vaxt açıqlandı

33614

Argentinalı ulduz futbolçu Lionel Messinin Fransanın PSJ klubunda debüt edəcəyi vaxt bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino Liqa 1-in III turunda "Brest"i 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

49 yaşlı mütəxəssis Messinin növbəti həftəsonu meydana çıxa biləcəyini söyləyib.

Qeyd edək ki, 34 yaşlı hücumçu PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Paytaxt klubu çempionatda 3 oyundan sonra 9 xalla liderdir. PSJ avqustun 29-da "Reyms"in qonağı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO