Uşaqlarda ölümlə nəticələnə biləcək GİZLİ ƏLAMƏT - FOTO

Uşaqlarda ölümlə nəticələnə biləcək GİZLİ ƏLAMƏT - FOTO

Hazırda oxunan: Uşaqlarda ölümlə nəticələnə biləcək GİZLİ ƏLAMƏT - FOTO

33603

Avstraliyalı təcili yardım həkimi Nikki Yurkutz bir pasiyentinin hekayəsini bölüşərək gizli əlamətlərin uşaqlar üçün necə ölümlə nəticələnə biləcəyi haqqında danışıb.

Bizim.Media xəbər verir ki, onun dedikləri  “The Sun” nəşrində yer alıb.

Mənbə yazır ki, onun yanına zooparka gedərkən yıxılan və qolunu zədələyən uşaq gətirilib. Ananın sözlərinə görə, onun özü əvvəlcə yaranı yuyub və bunun sadəcə sıyrıq olduğunu düşünüb. Az sonra qadının diqqətini uşağın qolundakı qırmızı zolaqlar çəkib.

Uşağın vəziyyətində başqa narahatlığa səbəb olan heç nə görünməsə də ana onu həkimə aparmaq qərarına gəlib.
 

Xəstəxanada analizlər zamanı isə uşağın qanının zəhərləndiyi ortaya çıxıb. Uşağa dərhal tibbi müdaxilə edilib, antibiotiklər yazılıb. O, tezliklə sağalıb.


Həkim, bu haqda danışmaqla, valideynlərə mesaj ötürmək niyyətinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşağın qolunda görünən zolaq limfangitdir. Bu, limfa damarlarının iltihablanma prosesidir (yəni infeksiyanın limfa sisteminə daxil olması deməkdir). İnfeksiya qana keçərsə, sepsis başlayır. Müalicənin müvəffəqiyyəti, xəstənin həkimə nə qədər tez müraciət etməsindən və lazımi dərmanları almağa başlamasından asılıdır.

Qeyd edək ki, sepsis insanı öldürən xəstəliklər sırasında ilk pillələrdə dayanır.

Qan zəhərlənməsi olaraq tanınan sepsis saatda 50-yə yaxın insanın həyatına son qoyur (il ərzində təqribən 20 milyon). Bu göstərici ilə o, ölüm səbəbi sıralaması siyahısında hətta prostat, QİÇS, döş xərçəngi kimi qorxulu xəstəliklərdən də öndə dayanır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO