Britaniyalı jurnalist Alistair Hit hesab edir ki, Əfqanıstanda Talibanın sürətlə hakimiyyətə gəlməsiAmerika imperiyasının süqutuna dəlalət edir.
Bizim.Media xəbər verir ki, onun məqaləsi “The Telegraph” tərəfindən dərc edilib.
O, ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılmasına və nəticədə bu İslam respublikasında yaranan böhrana şübhə ilə yanaşıb:
“Vaşinqton vəziyyəti anlamır, hətta öz ölkəsini idarə edə bilmir. Bütün dünya Əfqanıstanda bunun əyani təsdiqini gördü".
Jurnalist arqument kimi ABŞ-ın Yaxın Şərq və Asiyadakı digər hərbi kampaniyalarından nümunələr gətirib:
“Vaşinqtonun Yaxın Şərqi "yenidən formalaşdırmaq" səyləri fəlakətli oldu. Amerikanın qoşun göndərdiyi ölkələr xaos içindədir”, deyə jurnalist əlavə edib.
Daha əvvəl “The New York Times” qəzeti yazıb ki, radikallar Amerika və Britaniya ordusuna kömək edənlərin axtarışlarını gücləndirib.
Qəzet bildirir ki, Talibanda "sorğu və cəza üçün" axtarılan insanların siyahısı var. Qeyd olunur ki, yaraqlılar axtarışda olanların yaxınlarını təhdid edir.
Bizim.Media