Nyu-Yorkun məşhur

Nyu-Yorkun məşhur "pilləkənlər"i bağlanacaq? - SƏBƏB 

Hazırda oxunan: Nyu-Yorkun məşhur "pilləkənlər"i bağlanacaq? - SƏBƏB 

33417

“The Vessel” adlanan spiral pilləkənlərdən ibarət nəhəng tikili fəaliyyətini dayandırıb. Buna səbəb intihar fakrtlarıdır. 

Bizim.Media xəbər verir ki, son bir neçə ayda dörd nəfər 154 pilləkəndən ibarət, 150 metr yüksəkliyi olan “gəmi”dən özünü aşağı ataraq intihar edib. 

“The Vessel”in idarə heyətinin sədri Lovell Kernin sözlərinə görə, tikili yenidən istifadəyə verilərsə, intiharların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər planı hazırlanacaq. 

Sözügedən bina ABŞ-ın Nyu-York ştatının Manhetten adasındakı Hudson Yardsda yerləşir. 

2017-ci ildə ingilis dizayner Tomas Heathervick tərəfindən inşa olunan tikili Nyu-York şəhərinin mənzərəsinin ən gözəl göründüyü məkanlardan biri hesab olunur. Hər gün minlərlə turistin ziyarət etdiyi məkan interaktiv sənət əsəri adlandırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO