Türkiyə və Azərbaycanın Əfqanıstan planı

Türkiyə və Azərbaycanın Əfqanıstan planı

Hazırda oxunan: Türkiyə və Azərbaycanın Əfqanıstan planı

33389

19 avqustda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstandakı son vəziyyətlə bağlı açıqlama verib. Prezident açıqlamasında Əfqanıstanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb və bunun hakimiyyətdə kimin olmasından asılı olmayaraq davam edəcəyini bildirib. 

Türkiyənin Talibanla əməkdaşlığa açıq olduğunu bildirən prezident, Taliban liderini qəbul edə biləcəklərini də əlavə edib.

“Əfqan xalqının sülh içərisində yaşamasını, bu ölkədəki türk soydaşlarımızın rifahı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq”, deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana nə qədər əfqan miqrant gəlib? - RƏSMİ AÇIQLAMA


Türkiyə prezidentinin açıqlamasından bir gün əvvəl isə Azərbaycan və Türkiyə müdafiə nazirlilərinin ikitərəfli görüşü baş tutub. Görüşdə Ermənistanla sərhəddə baş verən insidentlər yanaşı Əfqanıstan məsələsin də müzakirə edildiyini istisna edilmir. 

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına baxmayaraq Türkiyə sülhməramlı kontingenti hələ də Kabil hava limanın mühafizəsini həyata keçirir. Türk hərbiçiləri ilə yanaşı Azərbaycan sülhməramlıları da Əfqanıstandakı fəaliyyətini davam etdirir və mövcud situasiyanın hər iki ölkə üçün də olduqca risklidir.

Lakin Türkiyə və Azərbaycanın Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibana qarşı münasibəti, hər iki ölkənin Əfqanıstanla bağlı ortaq planlarının olduğundan xəbər verir.

Türkiyə Talibanla əlaqələrini normallaşdırmaqla köç prosesinin qarşısını almağı hədəfləyir.
 

Əfqanıstanda son aylar ərzində baş verənlər minlərlə əfqanın İran üzərində Türkiyəyə sığınması ilə nəticələnib. Qarşıdakı aylarda köçün daha da sürətlənəcəyi və yeni köç dalğalarının baş verəcəyi gözlənilir.


Türkiyə başa düşür ki, köç edən əfqanların böyük əksəriyyəti məhz Talibanın hakimiyyətini qəbul etmədikləri üçün ölkəni tərk edir. Əgər Türkiyə Talibanı rəsmi tərəf kimi tanıyarsa, bu eyni zamanda köç dalğasının da qarşısını almağa, daha əvvəl Türkiyəyə sığınmış əfqanların təhlükəsiz şəkildə geri dönmələrinə imkan verə bilər.

Azərbaycanın Əfqanıstandakı yeni hakimiyyətlə münasibətləri inkişaf etdirməsi regional köç riskini azaldacaq. Hazırda əfqan əhalinin əsas köç istiqaməti Türkiyə və Orta Asiya ölkələridir.

Lakin İran üzərindən hərəkət edən əfqan qaçqınların Azərbaycana yönəlməsi ehtimalı da mümkündür. Xüsusilə Türkiyənin Talibanla qarşılılı münasibətlərin inkişafında istəkli olması və iranla sərhəddə beton səddin inşa edilməsi bu riski daha da artırır.  

Talibanla əlaqələrin inkişafı Türkiyənin və Türkiyənin yaxın müttəfiqi kimi Azərbaycanın geosiyasi arenada mövqeyini sağlamlaşdıracaq. Nəticədə bu gün Türkiyə və Azərbaycan Əfqanıstanda sülhməramlı misiyanı yerinə yetirməyə davam edir.
 

Talibanla əlaqələrin inkişafı da öz növbəsində regionda böyük köç dalğasının qarşısının alınmasına və Əfqanıstandakı etnik türk əhalinin təhlükəsizliyinin təmin olunmasına imkan verə bilər. Bu regional müstəvidə təhlükəsizliyin təmin olunmasında olduqca əhəmiyyətli prosesdir. 


Türkiyə və Azərbaycanın regionda sabitliyin və güc balansının pozulduğu bir vaxtda Əfqanıstan məsələsindəki ortaq fəaliyyəti qüvvələr balansını təmin etmək baxımından uğurlu siqnallar verir.

Rəvan Əliyev, Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO