Yunanıstan Liviyaya gedən Türkiyə gəmisini saxladı

Yunanıstan Liviyaya gedən Türkiyə gəmisini saxladı

Hazırda oxunan: Yunanıstan Liviyaya gedən Türkiyə gəmisini saxladı

3328

İstanbuldan Liviyaya yola düşən Türkiyəyə məxsus “Roselina-A” gəmisi Yunanıstan Dəniz Qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb.

Bizim.Media «Anadolu» agentliyinə istinadla məlumat verir ki, gəmi Mora (Peloponnes) yarımadasının cənub-qərbində dayandırılıb və axtarış aparılıb.

Məlumata görə, “Roselina-A”ya helikopterlər yaxınlaşıb, xeyli sayda əsgər daxil olub. Gecə səhərədək aparılan axtaşır zamanı ərzaq, boya xaricində heç bir şey tapılmayıb. 

Vurğulanıb ki, dəniz hüquqlarına görə, gəmidə axtarış etmək üçün gəmini göndərən dövlətdən icazə alınması mütləqdir.

Bundan sonra yunan qüvvələri gəmidən uzaqlaşıb və o, yenidən Misrata limanına doğru hərəkət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO