Bakda bazarlara gedən vətəndaşlardan COVİD-19 pasportu tələb olunmasına dair iddialar yayılıb.
Bizim.Media xəbər verir ki, yayılan iddialara görə, “Sədərək” Ticarət Mərkəzi və "8-ci km bazarı" kimi tanınan bazarda polis əməkdaşları bazara daxil olan şəxslərin vaksinasiya olunub-olunmadığını yoxlayıblar.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bazarlara giriş qadağan edilir - SƏBƏB
Mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlama verib.
“Əhalinin sıx olduğu bazarlarda vətəndaşlardan COVİD-19 pasportu tələb olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlar sözügedən yerlərdə sosial məsafəyə əməl edərək və tibbi maskalardan istifadə etmək şərti ilə hərəkət edə bilərlər. Bu normanın qorunması ilə bağlı xidmətə cəlb olunan polis naryadları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir”.
Bizim.Media