Rekord həcmdə çip istehsal edildi

Rekord həcmdə çip istehsal edildi

Hazırda oxunan: Rekord həcmdə çip istehsal edildi

33194

Çində yarımkeçirici istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə iyulda 41,3 % artaraq 31,6 milyard ədədə çatıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu, yeni aylıq rekorddur və istehsal güclərinin artırılması ilə əlaqədardır.

Bu ilin ilk yeddi ayı ərzində Çində 203,6 milyard ədəd çip istehsal olunub ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 47,3 % çoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Fantastik filmlər reallaşır – İnsan beyninə çip yerləşdiriləcək 


Məlumata görə, Çin ABŞ-la texnoloji mübarizəni gücləndirməyə hazırlaşdığı üçün çip istehsalı cari beşillik planın prioritet sahəsidir.

Çiplərə olan qlobal defisit şəraitidə ölkənin yarımkeçirici istehsalçıları maksimal dərəcədə istehsal güclərini artırmağa çalışır. Eyni zamanda maliyyələşmə çatışmamazlığı üzündən dayandırılan bəzi layihələr də bərpa edilir.

Belə ki, Tszyansu əyalətində yarımçıq qalan fabrika layihəsi olan “Huaian Imaging Device Manufacturer Corporation” iyulun 7-də virtual auksionda 260 milyon ABŞ dollara “Rongxin Semiconductor” dövlət şirkətinə satılıb. Analitiklər hesab edir ki, bu, Çində çip istehsalı üzrə müflis olan müəssilərin bərpası üçün nümunə ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO