Ölkəmizdə koronavirusun sürətli artımı nəylə bağlıdır, bunun qarşısını almaq mümkün olacaqmı?
Dünyanın bütün ölkələrində koronavirusa yoluxma sayı sürətlə artmaqdadır. Bu göstərici artıq 59 milyona yaxınlaşır.
Azərbaycanda da həmçinin sürətli artım müşahidə olunur. Gündəlik göstəricilər 3 minin üzərindədir.
Bunun ikinci dalğa ola biləcəyi ehtimalına cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda bütün dünyada koronavirusa yoluxma hallarının sayında artım müşahidə olunur.
Bu halın yaranmasının əsas səbəblərindən biri havanın soyuması, insanların daha çox qapalı məkanlarda vaxt keçirməsidir.
Bununla yanaşı, insanların maskadan düzgün istifadə etməməsi, karantin qaydalarına səthi yanaşması, kütləvi şəkildə toplaşması da artıma səbəb olur:
“Biz yalnız geriyə baxaraq bu artım hallarının dalğa olub-olmadığını müəyyənləşdirə biləcəyik''.
''Ancaq, neçənci dalğa olmasından asılı olmayaraq karantin qaydalarına ciddi əməl etməliyik''.
''Əks halda qışda daha ağır nəticələr ola bilər”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev də hazırki vəziyyətin artım olduğunu bildirir.
TƏBİB rəsmisi qeyd edir ki, yeni dalğanın yaranması üçün əvvəlki dalğa yox olmalıdır:
“Virusun ilk yayılması prosesi tamamilə yoxa çıxarsa və yenidən ikinci dəfə yayılarsa, bu zaman ikinci dalğa adlandırmaq olar''.
''Hazırkı vəziyyət sürətli artımdır''.
''Bunun qarşısını almaq üçün hazırkı şəraitdə bütün qaydalara əməl etmək və özünü təcriddən başqa yol yoxdur.
''Çünki vaksinlər hələ 2021-ci ilin mart-aprel aylarına gözlənilir”.
Təranə Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
COP29
14:54 / 23.11.2020
Azərbaycanda COVİD-19 hələ birinci dalğadadır
Hazırda oxunan: Azərbaycanda COVİD-19 hələ birinci dalğadadır
Hazırda oxunan: Azərbaycanda COVİD-19 hələ birinci dalğadadır
3319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.