İlham Əliyevdən İndoneziya prezidentinə MƏKTUB

İlham Əliyevdən İndoneziya prezidentinə MƏKTUB

Hazırda oxunan: İlham Əliyevdən İndoneziya prezidentinə MƏKTUB

32915

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Azərbaycan-İndoneziya dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin həm ikitərəfli, həm də çoxtərəfli qaydada, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO