Şüyüdü sevənlər çox olsa da, onun faydalı xüsusiyyətləri haqqında hamı kifayət qədər məlumatlı deyil.
Bizim.Media xəbər verir ki, şüyüdün tərkibində bol miqdarda fosfor, maqnezium, dəmir, sink, A və C vitaminləri yer alır. Bir dəstə şüyüd gündəlik A vitamini ehtiyacının 43, C vitamini ehtiyacının isə 40 faizini ödəyir.
Şüyüdün insan orqanizminə inanılmaz faydası var:
1. Mədə və bağrsaq spazmasını aradan qaldırır.
2. Böyrək və öd daşı xəstəliyi olanlara müsbət təsir göstərir.
3. Əsəbləri sakitləşdirir.
4. Yuxusuzluğun qarşısını alır
5. Ürək-damar sisteminə müsbət təsir edir.
6. Həzm sistemini yaxşılaşdırır.
7. Gözə müsbət təsir göstərir.
8. Sümüklərin sağlamlığını qoruyur
9. Təzyiqi aşağı salır.
10. Baş ağrısını azaldır.
11. Toxumu, ondan alınan efir yağı müalicəvi təsirə malikdir.
12. Şüyüd suyu ana südünü artırır.
13. Bronxlarında problem olan insanlara müsbət təsir göstərir.
14. Qanazlığından əziyyət çəkənlərə faydalıdır.
15. İştahanı artırır.
16. Köpün qarşısını alır.
17. Orqanizmi ziyanlı maddələrdən təmizləyir.
18. Xolesterinin qarşısını alır.
19. Baş ağrıları zamanı şüyüd toxumu dəmləməsi kömək edir.
20. İltihabəleyhinə xüsusiyyətlərə malikdir.
21. Ödqovucudur
Bizim.Media
- A-
- A
- A+
COP29
08:00 / 16.08.2021
Şüyüdün FAYDALARI - Saymaqla bitmir
Hazırda oxunan: Şüyüdün FAYDALARI - Saymaqla bitmir
Hazırda oxunan: Şüyüdün FAYDALARI - Saymaqla bitmir
32828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.