86 yaşlı direktor öldü - FOTO

86 yaşlı direktor öldü - FOTO

Hazırda oxunan: 86 yaşlı direktor öldü - FOTO

32691

Bu gün Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, qəsəbə ərazisində paytaxt sakinləri L.Abbasovanın və R.Quliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. 

Nəticədə R.Quliyevin sərnişini Həsən Qulamov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir sərnişin və hər iki sürücü xəstəxanaya yerləşdirilib. 

Qəzada həlak olan 86 yaşlı H.Qulamov 35 il 209 nömrəli məktəbin direktoru olub. 

Xəsarət alan digər sərnişin isə onun 80 yaşlı qardaşıdır. Onun da vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO