İspaniya La Liqasında BÖHRAN:

İspaniya La Liqasında BÖHRAN: "Real Madrid" liqanı tərk edir?

Hazırda oxunan: İspaniya La Liqasında BÖHRAN: "Real Madrid" liqanı tərk edir?

0:00
0:00
32660

"Real Madrid" klubu İspaniya La Liqasından çıxmağı panlaşdırır.

Bizim.Media "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi çempionatının prezidenti Xavyer Tebasın apardığı siyasətlə razılaşmadığı üçün liqanı tərk etmək istəyir.

İddiaya görə, "kral klubu" İngiltərə Premyer Liqasında iştirak etmək məsələsini nəzərdən keçirir. Variantlar arasında İtaliya A Seriyası və Almaniya Bundesliqası da var.

Bildirilib ki, "Real Madrid"lə La Liqa rəhbərliyi arasında gərginliyin pik nöqtəsi Tebasın Avropa Super Liqası layihəsinə neqativ reaksiyası olub. Bundan başqa, klub üç gün əvvəl rəsmi saytında La Liqa və CVC fondunun məhkəməyə veriləcəyi ilə bağlı bəyanat yayıb.

Qeyd edək ki, "Real Madrid" ölkə çempionatında 2021/2022 mövsümünün ilk turunda bu gün "Alaves"lə qarşılaşmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO