2021-ci ilin iyul ayı tarixin ən isti ayı olub.
Bizim.Media bu haqda informasiyanı TASS agentliyi ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinə istinadən yayıb.
Mənbə bildirir ki, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi istiliyi 20-ci əsrin orta temperaturu olan 15,8 dərəcə Selsi göstəricidən 0,93 dərəcə yüksək olub.
Qurum 1880-ci ildən bəri hava şəraitini izləyir. İyul ayında əvvəlki rekord temperatur 2016-cı ildə qeydə alınmışdı, daha sonra 2019 və 2020-ci illərdə də eyni rəqəm müşahidə edilmişdi.
Hazırkı rekord həmin illərin nisbətlərini 0,01 dərəcə Selsi üstələyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:08 / 14.08.2021
ARAŞDIRMA: 2021-ci ilin iyulu tarixin ən isti ayı olub
Hazırda oxunan: ARAŞDIRMA: 2021-ci ilin iyulu tarixin ən isti ayı olub
Hazırda oxunan: ARAŞDIRMA: 2021-ci ilin iyulu tarixin ən isti ayı olub
32621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.