Bakının küçələri dezinfeksiya edildi - FOTO

Bakının küçələri dezinfeksiya edildi - FOTO

Hazırda oxunan: Bakının küçələri dezinfeksiya edildi - FOTO

32620

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alındığından vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər dezinfeksiya həftəsi elan edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə avqust ayının 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır.

Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO