Gürcüstanda vəziyyət kritik həddə çatdı

Gürcüstanda vəziyyət kritik həddə çatdı

Hazırda oxunan: Gürcüstanda vəziyyət kritik həddə çatdı

32534

“Gürcüstanın səhiyyə sistemində vəziyyət kritik həddə çatıb”. 

Bizim.Media xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, koronaviruslu xəstələrin çarpayı ilə təmin olunmasında ciddi problemlər var:  

“Hazırda Gürcüstanda aktiv xəstə sayı 50 192 nəfər təşkil edir ki, onların 6 635-nin stasionar müalicəyə ehtiyacı var. 1 327 pasiyentin vəziyyəti ağırdır, 326-sı süni tənəffüs aparatına qoşulub. 3 409 pasiyent COVID-19-a yoluxanların tibbi nəzarətdə saxlanıldığı mehmanxanalarda yerləşdirilib, 40 148 nəfər yoluxan şəxs isə ev şəraitində müalicə kursu keçir”. 

Baş nazir İrakli Qaribaşvili peyvəndlənmənin yaxın zamanlarda məcburi olacağını istisna etməyib. 

“Biz buna istəsək də, istəməsək də getməliyik. Peyvənd vurdurmayan şəxs ölüm hallarının artdığı reallığı müşahidə etməli olacaq. Buna görə də özünü qorumaq üçün vaksinasiyadan mütləq keçmək lazımdır”, - o deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO