Bu ölkədə 3 milyonadək insan təxliyə ediləcək - SƏBƏB

Bu ölkədə 3 milyonadək insan təxliyə ediləcək - SƏBƏB

Hazırda oxunan: Bu ölkədə 3 milyonadək insan təxliyə ediləcək - SƏBƏB

32461

Yaponiyanın hakimiyyət orqanları leysan yağışlarına görə 2 milyon 990 min nəfərə təxliyə xəbərdarlığı göndərib.

Bizim.Media Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, güclü yağışlar səbəbindən çaylarda daşqınlar və torpaq sürüşmələri gözlənilir.

Qeyd edilir ki, bu barədə tövsiyə ölkənin cənub-qərbində yerləşən Fukuoka, Saqa, Naqasaki, Kumamoto, Oiça və Kaqoşima prefekturalarına, həmçinin Hiroşima və Şimaneyə aiddir.

Meteoroloqların proqnozlarına görə, ölkənin həmin regionlarında leysan yağışlar şənbə gününədək davam edəcək və sutkada təqribən 300 millimetr yağıntı düşəcək.

Fövqəladə hava şəraiti ilə əlaqədar avqustun 13-də Yaponiyanın Baş naziri Yoşihide Suqa yerli sakinlərin təhlükəsizliyini təmin etmək üçün əlaqədar nazirliklərə lazımi tədbirlərin görülməsini tapşırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO