ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışladı

ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışladı

Hazırda oxunan: ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışladı

32430

"Baş Prokurorluğun Azərbaycanda məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayırıq".

Bizim.Media-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin yaydığı açıqlamada bildirilib.

Vurğulanıb ki, dünyada milyonlarla qadın məişət zorakılığının qurbanı olub:

"Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbəri bizi dərindən kədərləndirir. Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacağıq".
 

MÖVZU İLƏ BAĞLI:

Qadın qanına niyə SUSAMIŞIQ? – “Ölkəmizi İsveçrə və Hollandiya ilə müqayisə etmək olmaz”


Qeyd edək ki, Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib. Bildirilib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır:

"Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib.

Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO