"Neftçi" HİK-ə uduzdu - YENİLƏNİB

Hazırda oxunan: "Neftçi" HİK-ə uduzdu - YENİLƏNİB

32428

"Neftçi" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab matçına çıxıb.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" Finlandiyada HİK-in qonağı olub.

"Bolt Arena"da keçirilmiş qarşılaşmanı Almaniyanı təmsil edən FIFA referisi Deniz Aytekin idarə edib. 

Oyunun 46-cı dəqiqədə Roope Riski hesabı açıb. 58-ci dəqiqədə Mamadu Mboc cərimə meydançasında rəqibə qarşı kobudluq edib və Deniz Aytekin 11 metrlik nöqtəni göstərib.

Topa yaxınlaşan Roope Riski özünün və komandasının ikinci qoluna imza atıb. 29 yaşlı hücumçu 89-cu dəqiqədə həm het-trikini, həm də komandasının qələbəsini rəsmiləşdirib.

Rəqibinə 0:3 hesabı ilə uduzan "Neftçi" Avropa Liqası ilə vidalaşıb.

***

HİK - “Neftçi” matçında 60-cı dəqiqədə ikinci qol vurulub.

Bizim.Media xəbər verir ki, oyunda ikinci qolu da Riski vurub.  

O, penalti zərbəsi ilə fərqi artırıb.

***

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

Bizim.Media xəbər verir ki, "Bolt Arena"dakı qarşılaşmada meydan sahibləri hesabı açıb.

HİK-in heyətində 46-cı dəqiqədə Roope Riski hesabı açıb.

***

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Bizim.Media xəbər verir ki, görüşdə hesab açılmayıb.

***

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Bizim.Media-nın məlumatına görə, Helsinkidə  "Bolt Arena" stadionunda keçirilən qarşılaşmanı Almaniyanı təmsil edən Deniz Aytekinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, "Bakcell Arena"dakı ilk görüş 2:2 hesabı ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO