Elmar Vəliyevi güllələyən şəxsin məhkəməsi təxirə salındı

Elmar Vəliyevi güllələyən şəxsin məhkəməsi təxirə salındı

Hazırda oxunan: Elmar Vəliyevi güllələyən şəxsin məhkəməsi təxirə salındı

32383

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və digər 11 nəfər dəstə üzvünün cinayət işi üzrə keçirilməli olan məhkəmə işi təxirə salınıb. 

Bizim.Media xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli idi. 

Təqsirləndirilən şəxslərdən bir neçə nəfərin vəkili məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb. 

Növbəti iclas avqustun 16-na təyin olunub. 

Qeyd edək ki, prokuror Yunis Səfərova ömürlük, Rasim Mustafayev, Akif Əliyev Mahir Əzizova 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov, Vüqar Məmmədov Ceyhun Salahova 19 il, Cəfər Zalov Ceyhun Qurbanova isə 18 il həbs cəzası verilməsini istəyib. 

Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərov Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı terror aktı törətmişdi.

İstintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb. 

Bizim media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO