Türkiyənin şəhərlərində sel zamanı 2 nəfər ölüb, 1 nəfər itkin düşüb. Türkiyənin Kasatmonu, Bartın və Sinop şəhərlərində leysan yağışlar bir sıra fəsadlar törədib.
Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Qeyd edilir ki, leysan yağışların səbəb olduğu sel nəticəsində Kastamonuda 2 nəfər ölüb, Bartında 1 nəfər itkin düşüb.
Təbii fəlakət hər üç şəhərə ciddi ziyan vurub, bir sıra ciddi fəsadlara yol açıb. Hazırda bu yaşayış yerlərində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə xidmətləri həyata keçirilir, təxliyə işləri görülür.
Bizim.Media