Avropa Birliyinə üzv olan ölkələrin Müdafiə Nazirlərinin online şəkildə təşkil etdiyi iclasda maraqlı anlar yaşanıb.
Belə ki, hadisə Hollandiya Müdafiə Naziri Ank Bijleveld'in online görüşün məlumatlarını şəxsi "Twitter" hesabında açıq şəkildə paylaşmasından sonra baş verib.
Bizim.Media xarici KİV-ə istinadən bildirir ki, "RTL Nieuws" kanalının texnologiya müxbiri Daniel Verlaan, keçirilən iclasa nazirin paylaşdığı şəkildəki 6 rəqəmli parolun 5 rəqəmini görməklə, 6-cı rəqəmi isə çox cəhdlər sonra tapmaqla daxil ola bilib.
"Gizli bir görüşdə olduğunuzu bilirsinizmi?"- deyə, iclasa rəhbərlik edən AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell jurnalistə sual ünvanlayıb.
Jurnalist isə cavabında "Bəli, üzr istəyirəm. Hollandiyalı bir jurnalistəm. Iclasınızı dayandırdığım üçün üzr istəyirəm. İndi gedirəm"- deyə, bildirib.
Bununla da iclas başlamadan sonlandırılıb. Sonda qurum rəsmisi bu qanunsuz hərəkətlə bağlı aidiyyəti qurumlara məlumat veriləcəyini qeyd edib.
Yusibli Səkinə, Bizim.Media