“Taliban” Əfqanıstanın üç ölkə ilə həmsərhəd vilayətini ələ keçirdi - VİDEO

“Taliban” Əfqanıstanın üç ölkə ilə həmsərhəd vilayətini ələ keçirdi - VİDEO

Hazırda oxunan: “Taliban” Əfqanıstanın üç ölkə ilə həmsərhəd vilayətini ələ keçirdi - VİDEO

32213

“Taliban”ın silahlı dəstələri Əfqanıstanın şimal-şərqində yerləşən və üç ölkə ilə sərhəddə (Tacikistan, Çin və Pakistan) yerləşən Bədəxşan vilayətinin böyük bir hissəsini ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhwok” agentliyi məlumat yayıb.

Həmçinin qeyd olunur ki, “Taliban” döyüşçüləri Bədəxşan vilayətinin inzibati mərkəzi Feyzabad şəhərinə də tam nəzarət edir.
 

MÖVZU İLƏ BAĞLI:

“Taliban” son həftədə Əfqanıstanın 9 şəhərini ələ keçirib - FOTO-VİDEO


Mənbə yazır ki, hazırda Bədəxşan vilayətinin 27 rayonundan 25-i “Taliban”ın nəzarətinə keçib.

Hökumət qüvvələri bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra tələb olunan hava dəstəyinin verilməməsi səbəbindən və oraya heç bir əlavə qüvvə göndərilmədiyindən Feyzabaddan geri çəkilmək məcburiyyətində qalıb.

Hazırda ən ağır döyüşlərin Əfqanıstanın cənubunda yerləşən Qəndəhar və Hilmənd vilayətlərində getdiyi vurğulanır.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO