Əks göstəriş sertifikatı – Komissiyanın siyahısında hansı xəstəliklər olacaq?

Əks göstəriş sertifikatı – Komissiyanın siyahısında hansı xəstəliklər olacaq?

Hazırda oxunan: Əks göstəriş sertifikatı – Komissiyanın siyahısında hansı xəstəliklər olacaq?

32084

Artıq iki gündür koronavirus peyvəndinə qarşı əks göstəriş sertifikatlarının verilməsinə başlanılıb. 

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına görə, “əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “əks göstəriş sertifikat”ı veriləcək.

Bəs, bu sertifikatlar hansı xəstələrə verilə bilər, verilmə proseduru necə olacaq?

Həkim terapeft Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, Komissiyada konkret xəstəliklərin siyahısı olacaq: 

“Yəqin ki, həmin xəstəliklərə uyğun olaraq müayinədən keçmələri haqqında əllərində sənədləri olanlara, eləcə də müayinə zamanı siyahıda olan xəstəlikləri aşkar olunanlara həmin sənəd veriləcək”.

Həkim siyahıda çoxsaylı xəstəliklərin ola biləcəyini ehtimal edir: 

“Siyahıya ankoloji, immun sisteminin pozulması, allergik və bizim fikrimizdən kənarda qalan xəstəliklər salına bilər”.

Əks göstəriş sertifikatı üçün kütləvi müraciət halları olarsa, bu necə tənzimlənə bilər?

Rasif Bağırov bu məsələdə kütləviliyin müşahidə olunacağını gözləmir: 

“Koronavirusa qarşı əks göstərişi olan xəstəliklər kütləvilik yaratmır”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO