Müəllimlərin işə qəbulunda vakansiya seçimi mərhələsi başladı

Müəllimlərin işə qəbulunda vakansiya seçimi mərhələsi başladı

Hazırda oxunan: Müəllimlərin işə qəbulunda vakansiya seçimi mərhələsi başladı

31983

Avqustun 10-u saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Təhsil Nazirliyi yayıb.

Mənbə bildirir ki, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər avqustun 13-ü saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. 

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO