Şoyqu: «Böyük planlarla gəldik»

Şoyqu: «Böyük planlarla gəldik»

Hazırda oxunan: Şoyqu: «Böyük planlarla gəldik»

3187

«Rusiyanın Prezident Vladimir Putinin qarşıya qoyduğu əsas vəzifə Dağlıq Qarabağda qan tökülməsinin qarşısını almaqdır. Sülhün bərqərar olması üçün çox iş görülməlidir».

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

Şoyqu Rusiya sülhməramlılarının həyatı və fəaliyyəti ilə bağlı bir sıra məsələləri, həmçinin hərbi, həm də hərbi-texniki sahədə əməkdaşlığı müzakirə etmək niyyətində olduqlarını açıqlayıb:

«Böyük bir proqramla gəldik və onun həyata keçirilməsinə ümid edirik", - deyə Şoyquya bildirib.

Nazir, həmçinin Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesinin bir gün əvvəl başa çatdığını söyləyib:

“Bu günlər ərzində Qarabağ ərazisinə 23 müşahidə postu qurulub, rus sülhməramlıları Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edir və bu marşrutlar üzrə hərəkəti təmin edir”.

Paşinyan isə deyib ki, müharibə zamanı həmişə Rusiyanın, Prezident və Baş nazirinin, şəxsən Şoyqunun dəstəyini hiss ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO