Sumqayıt bulvarında çay 50 manata satılır - VİDEO

Sumqayıt bulvarında çay 50 manata satılır - VİDEO

Hazırda oxunan: Sumqayıt bulvarında çay 50 manata satılır - VİDEO

31824

Dəniz kənarında çay vətəndaşlara 40-50 manata satılır.

Söhbət Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dənizkənarı restoranlardan gedır.

Vətəndaşlar deyir ki, adam dəniz kənarına ailəsi ilə getməyə peşman olur. Adi bir çayı 40 manatdan aşağı vermirlər. Etiraz edəndə isə sadəcə "yer yoxdur" deməklə kifayətlənirlər.

Bizim.Media bildirir ki, məsələ ilə bağlı "XəzərXəbər" həmin restoranlarda olub.

İnzibatçılar faktı təsdiq etsələr də, buna özlərinə məxsus şəkildə haqq qazandırmağa çalışıblar.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, dəniz kənarlarında vətəndaşlara qarşı edilən haqsızlıq tam olaraq araşdırlacaq. Ümumiyyətlə, qiymətlərə tam olaraq İqtisadiyyat Nazirliyi nəzarət edir. Ancaq yerli qrum olaraq, aidiyyəti təşkilatların da iştirakı ilə restoranlarda monitorinqlər təşkil ediləcək. Bu kimi hallara yol verən restoran sahibləri ciddi cəzalandırılacaq.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO