Bakıda qeydiyyatda olmayanların uşaqları hazırlığa götürüləcək? - RƏSMİ

Bakıda qeydiyyatda olmayanların uşaqları hazırlığa götürüləcək? - RƏSMİ

Hazırda oxunan: Bakıda qeydiyyatda olmayanların uşaqları hazırlığa götürüləcək? - RƏSMİ

31630

Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxta daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşların uşaqlarını elektron sistemdən qeydiyyatdan keçirmə qaydası açıqlanıb.

Bizim.Media-nın xəbərinə görə, Təhsil Nazirliyinin məlumatına görə, Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatdan olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur.

Qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO