Özbəkistanda bu il oktyabrın 24-də keçiriləcək prezident seçkilərinə namizədlərin irəli sürülməsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, son iki gün ərzində Özbəkistan Ekoloji Partiyası Mərkəzi Şurasının növbədənkənar plenumunda Narzullo Oblomurodovun, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimovun, “Milli Dirçəliş” Demokratik Partiyasının sədri Alişir Kadırovun və Özbəkistan Liberal-Demokrat Partiyasının plenumunda indiki dövlət başçısı Şavkat Mirziyoyevin prezident seçkilərinə namizədliyi irəli sürülüb.
Özbəkistan qanunlarına görə, siyasi partiyaların yaşı 35-dən yuxarı olan nümayəndələri və son 10 ildə ölkədə yaşayan vətəndaşlar prezidentliyə namizəd ola bilərlər.
Xatırladaq ki, son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88,61 faizinin səsini toplayıb. Özbəkistanda Prezident 5 il müddətinə seçilir.
Bizim.Media
![Bu ölkədə prezidentliyə namizədlərin irəli sürülməsinə start verildi Bu ölkədə prezidentliyə namizədlərin irəli sürülməsinə start verildi](https://bizim.media/file/articles/2021/08/07/1628329967_0de-4-kcur.jpg)
- A-
- A
- A+
Dünya
13:51 / 07.08.2021
Bu ölkədə prezidentliyə namizədlərin irəli sürülməsinə start verildi
Hazırda oxunan: Bu ölkədə prezidentliyə namizədlərin irəli sürülməsinə start verildi
Hazırda oxunan: Bu ölkədə prezidentliyə namizədlərin irəli sürülməsinə start verildi
31599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.