Oqtay Gülalıyevin vəziyyəti ağırdır - RƏSMİ

Oqtay Gülalıyevin vəziyyəti ağırdır - RƏSMİ

Hazırda oxunan: Oqtay Gülalıyevin vəziyyəti ağırdır - RƏSMİ

31510

Bu gün hüquq müdafiəçisi Oqtay Gülalıyev müayinə və müalicəsinin davam etdirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən EGE Hospitalına köçürülüb.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, hazırda həmin tibb müəssisəsində xəstənin instrumental və laborator müayinələri aparılır. Reanimasiya bölməsinə yerləşdirilən xəstənin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.
 

MÖVZU İLƏ BAĞLI:

“Heydər Əliyev Fondunun dəstəyi sayəsində Oqtay Gülalıyev həyatdadır” - FOTO


Qeyd edək ki, O.Gülalyevin qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra o M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edib. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşib və təkrar olaraq Mərkəzə müraciət olunub.

O.Gülalıyevin müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO